Yeddi zeytun və bir əncir yeməyin şəfası


Digərləri 13 Fev 2019 22:14:00 73 0

Yeddi zeytun və bir əncir yeməyin şəfası

"Yaponiyada herontoloqlar 25 il aparılan təcrübələr nəticəsində belə bir nəticəyə gəliblər ki, həmişə cavan qalan, cağlam və gümrah görünənlərin bədənlərində ifraz olunan xüsusi bir maddə var və həmin maddə onların cavan və sağlam qalmasına səbəb olur",- deyə həkim-fitoterapevt Fizuli Hüseynov AZƏRTAC-a verdiyi müsahibədə söyləyib.

O, söhbətinə davam edərək deyib: "Alimlər həmin hormonun istehsalına daha çox səbəb olan bitkiləri araşdırmağa başlayanda maraqlı bir qənaətə gəliblər. Gündə 7 ədəd zeytunla 1 ədəd ənciri birlikdə yemək həmin hormonun daha çox istehsal olunmasına səbəb olur və onunla qidalananların mədə-bağırsaq sistemində demək olar ki, heç bir problem üzə çıxmır.

Bir ay müddətində gün ərzində iki dəfə yeməkdən 1 saat əvvəl 7 ədəd zeytun və 1 ədəd ənciri birlikdə yeməyin böyük faydası var. Qəbul edilən zeytunların yetişmiş olması məsləhətdir, hətta onun turşusundan da istifadə etmək olar. Prosedur zamanı 7 ədəd zeytunun qəbulundan sonra fasilə vermədən əncir qurusu yeyilməlidir. İki meyvənin qarışıq qəbul edilməsi ürək əzələsini gücləndirir, damarlara elastiklik verir və onları kirəcləşmədən qoruyur, xolesterinin miqdarını aşağı salır.

Bir ay həmin üsulla qidalanma Alsheymer xəstəliyinin müalicəsi və profilaktikası zamanı, babasil, xroniki bronxit və allergiyadan əziyyət çəkənlər üçün faydalıdır.

Azərbaycanda qızıl-gümüş bazarı bahalaşdı like
  • 13 Fev 22:07  
Digərləri Azərbaycanda qızıl-gümüş bazarı bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb

arrow Ətraflı
Şabrandakı təbiət incisi, donmuş Əmbil gölünə FOTOSƏYAHƏT like
  • 13 Fev 22:02  
Digərləri Şabrandakı təbiət incisi, donmuş Əmbil gölünə FOTOSƏYAHƏT

Şabran rayonu ərazisindəki Əmbil gölü son illər ekoturizm həvəskarları

arrow Ətraflı
Nazirlik sosial şəbəkədə yayılan iddialara cavab verdi like
  • 13 Fev 21:35  
Digərləri Nazirlik sosial şəbəkədə yayılan iddialara cavab verdi

Əlilliyin qiymətləndirilməsində vətəndaşla Əmək və Əhalinin Sosial M

arrow Ətraflı