Yulafın İNANILMAZ FAYDALARI Onlarla problemdən qurtula bilərsiniz


Digərləri 13 Fev 2019 22:17:00 213 0

Yulafın İNANILMAZ FAYDALARI  Onlarla problemdən qurtula bilərsiniz

Pəhriz menyularının baş tacı olan yulaf araşdırmalara görə dərini və saçları gözəlləşdirərək bir çox problemi aradan qaldırır.

Son.az xəbər verir ki, yulafın enerji qida dəyəri olduqca yüksəkdir. Buna görə də insanı tox tutur. Ləzzətli, hazırlanması asan və bədənin bir çox tələbatını ödəyən yulaf qəlyanaltı və digər ara öyünlərdə yeyiləndə metabolizmin sürətlənməsinə kömək edir.

Yulaf dərini sızanaqlardan təmizləmək üçün ideal qidadır. Bir çox kosmetika məhsulu təbii yulafdan hazırlanır. Dərisində batma və qaşıntı kimi problemlərlə qarşılaşan insanlar yulaf maskası ilə bundan qurtula bilərlər. Yulaf həmçinin, dərinin tonunu yaxşılaşdırmaqda və cildə parlaqlıq qazandırmaqda faydalıdır. Yulaf əzməsi bədən losyonları, sabun və pilinq kremləri kimi bir çox qulluq vasitələrinin tərkibində mütləq olur.