Yorğunluq hissi yaradan ərzaqlar


Digərləri 13 Fev 2019 22:44:00 297 0

Yorğunluq hissi yaradan ərzaqlar

Orqanizmi faydalı maddələrlə təmin etmək və enerji almaq, yaxşı əhvalda olmaq üçün qida vacib amildir. Amma bütün qidalar buna xidmət etmir. Bir çox məhsullar var ki, onlar tez bir zamanda zərərli yağlara çevrilərək orqanizmin enerjisini oğurlayır. Bu qidalarla qidalanan zaman insan tez yorulur, gözlərinin altı torbalanır və s. 

Son.az medicina.az-a istinadən həmin qidaları sizə təqdim edir: 

1. Bublik 

Bir ədəd orta ölçülü bublik 45 qr və daha artıq rafinə olunmuş və tez bir zamanda şəkərə çevrilən qanda insulin səviyyəsinin artmasına səbəb olan  karbohidratlardan ibarətdir. Bu demək olar ki, bir çox xroniki xəstəliyin, həmçinin də ürək və onkoloji xəstəliklərin yaranmasına gətirib çıxarır. 

2. Meyvəli sıyıqlar 

Uşaqlar üçün olan meyvəli sıyıqlar çox təhlükəlidir. Belə ki onların tərkibində olan dənli bitkilər GMO-dur. Sıyığın tərkibində bundan əlavə olaraq fruktoza, saxaroza və qarğıdalı siropu var. Buna görə də yaxşı olar ki, uşağa hazır deyil, özünüzün evdə hazırladığınız təbii maddələrdən ibarət sıyıq yedirəsiniz.   3. Qazlı içkilər 

Qazlı içkilərin tərkibində çox miqdarda şəkər və süni rəngləyicilər var. Məsələn, dietik içkilərin tərkibində olan şəkər əvəzləyicisi aspartam 92 fərqli yan təsirə malikdir. Bunlara, ürəkgetmə, epilepsiya, anadangəlmə ürək qüsurları, emosional pozğunluqlar, baş beyin şişi və s aiddir. 

4. Hazır yoqurtlar