Adnan Oktarın keçmiş "kediciyi" 9 ilim kabus kimi keçdi


Digərləri 13 Fev 2019 21:47:00 259 0

Adnan Oktarın keçmiş "kediciyi"  9 ilim kabus kimi keçdi

Adnan Oktar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində həbs edilən və peşmanlıq qanunundan istifadə edərək azadlığa çıxan Beril Koncagül yaşadığı 9 illik əsarətdən danışıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, keçmiş "kedicik" başına gələnlər barədə "Kanal D" telekanalında məlumat verib.

"O illər robot kimi idim. Bu adamın azadlığa çıxmaması lazımdır. Həm döyür, həm də saçımdan tutub sürütləyirdi. Belə söyüş, belə təhqirləri heç yerdə eşitməmisiniz", - deyən Koncagül şok açıqlamalar verib.


Xəbərə aid foto