Gənc əlilin həyat amalı


Digərləri 13 Fev 2019 21:32:00 223 0

Gənc əlilin həyat amalı

Lənkəran rayonunun Veravul kənd sakini, birinci qrup əlil Babək İsmayılovun nikbinliyi və mübarizliyi onun həyatda öz yerini tutmaqda əsas stimul olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uşaq yaşlarından fiziki cəhətdən qüsurlu olduğunu dərk edən Babək başa düşür ki, həyatda öz yerini tutmaq üçün çox çalışmalı, güclü və möhkəm olmalıdır.

"Əlil insan o deyil ki, kiməsə əl açsın, kiminsə yardımı ilə yaşasın. O da cəmiyyətin bir üzvü kimi insanlara öz dəstəyini göstərməlidir. Bunun üçün çox çalışmaq, möhkəm iradəli olmaq gərəkdir. Böyük şair Nizami Gəncəvinin yazdığı bu misralar mənim həyat amalım olub: "Əlimi öyrətdim bir gün bu sənətə, Bir gün əl açım dilənməyim sənə", - deyə o bildirib.

B.İsmayılov orta məktəbi bitirdikdən sonra sağlamlıq imkanları məhdud gənclərin peşə bərpası mərkəzinə müraciət edir. O, burada qısa müddətdə əl ilə toxunma sənətinin sirlərinə yiyələnir.