Gənclər kimə qulaq asır? SORĞU


Şou-biznes 13 Fev 2019 21:29:00 251 0

Gənclər kimə qulaq asır?  SORĞU

"Musiqi ruhun qidasıdır", - deyib atalar. Keyfiyyətsiz və bayağı musiqi eşidəndə insanın əhvalı və əsəbləri korlanır.

Ölkənin sənət həyatındakı qeyri-peşəkarlıq, bayağılıq, primitivlik təkcə sosial mediaya deyil, televiziyalara da yol tapıb. Bəzi "ifaçılar" bayağı və toy mahnısı adlandırılan mahnılarla böyük auditoriyanın zövqünü korlayır.

"Nə yolla olursa-olsun, təki reklam olunum", - şüarı ilə şou-biznesə gələn ifaçıların sayı gündən-günə artır.

Bayağı mahnılar gənclərin zövqünə mənfi təsir göstərir. Bayağılıqla mübarizə aparmaq çətin və mürəkkəb olsa da, bu istiqamətdə müxtəlif işlər görülür. Misal kimi AzTV-də yaradılan Bədii Şuranı göstərmək olar. Şuranın yaradılmasında məqsəd verilişlərə dəvət olunmuş müğənnilərin davranış, geyim tərzi və ifa etdikləri mahnılara nəzarət etməkdir.