Ötən il daşınan elektronikanın tədarükü 10 faiz artıb


Digərləri 13 Fev 2019 21:08:00 219 0

Ötən il daşınan elektronikanın tədarükü 10 faiz artıb

2018-ci ildə daşınan qurğuların tədarük həcmi 10 faiz artaraq 105 milyon ədədə yaxınlaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Futuresource Consulting" tədqiqat şirkətinin hesabatında deyilir.

Bildirilir ki, ilin yekunları üzrə 20 milyon "Apple Watch" buraxan "Apple" şirkəti ən böyük "ağıllı" saat tədarükçüsü adını qoruyub. Lakin tədarük baxımından "Apple" qurğuları ilə "Xiaomi" qurğuları ciddi rəqabət aparır. Həmçinin "Fitbit" və "Fossil" saatları "Apple" şirkətinin "ağıllı" saatlar seqmentində lider mövqelərinə iddialıdır.

Ekspertlər 2019-cu ildə qeyd olunan brendlər arasında mübarizənin güclənəcəyini və "ağıllı" saatlara tələbatın artacağını proqnozlaşdırır.