Gündə neçə litr su içmək lazımdır? Suyun orqanizmə faydaları


Digərləri 13 Fev 2019 21:11:00 296 0

Gündə neçə litr su içmək lazımdır?  Suyun orqanizmə faydaları

Sağlam həyatın əsas komponentlərindən biri də su içmək rejimidir. İnsan hər gün təmiz su içməlidir. Bəs biz su qəbulunu düzgün edirikmi? Gündə neçə litr su içmək lazımdır?

Son.az məsələ ilə bağlı "ölkə.az"-ın araşdırmasını təqdim edir.

Suyun orqanizmdəki rolu

Su orqanizmdə oksigenin dövranı üçün vacibdir. Eyni zamanda qanın tərkibinə keçərək müəyyən maddələrin hərəkətinə kömək edir. Su hüceyrələrdə baş verən bütün proseslərdə iştirak edir.

Image result for su

Sutkada nə qədər su içməli

Gün ərzində litr yarımdan 2 litrə qədər su içmək lazımdır. Başqa cürə desək, 1 kilo çəkiyə 30 ml su düşür.

Hamiləlik

Həkimlər hamiləlik dövründə qəbul edilən su miqdarını artırmağı məsləhət görürlər. Bu, həm anaya, həm də ana bətnindəki körpəyə faydalıdır. Gündəlik içilən su miqdarını 2.5 litrə qədər artırmaq lazımdır. Şiş yaranmaması üçün qəbul edilən duz miqdarını kəskin azaltmaq məsləhət görülür.

Image result for su

Su böyrəklər üçün faydalıdır

Böyrək üçün ən faydalı profilaktika onların daim işləməsidir. Buna görə də orqanizmə lazım olan su daxil olmalıdır. Rejimə uyğun su içmək məsləhət görülür. Bədəni və böyrəkləri yükləmək də olmaz. Unutmayın ki, sağlam rejim 1.5-2 litr sudur.

Image result for su ic

Nə zaman çox su içmək lazımdır

Bir sıra hallarda insan su normasını gün ərzində 3 litrə qədər artırmalıdır. Bu hallar aşağıdakılardır:

1.Gərgin fiziki rejim

2.İdmanla məşğul olmaq

3.Qusmaq

4.Çox tərləmək

5.Zəhərlənmək

6.Yüksək hərarət

7.Təyyarə ilə uçmaq Image result for su ic