Belçikada bütün aviareyslər ləğv edilib


Dünya 13 Fev 2019 21:14:00 247 0

Belçikada bütün aviareyslər ləğv edilib

Belçikada ümummilli tətillər səbəbindən fevralın 12-i yerli vaxtla saat 22:00-dan fevralın 13-ü saat 22:00-a qədər nəzərdə tutulan bütün aviareyslər ləğv olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə krallıqda hava nəqliyyatının hərəkətinə nəzarət edən "Skeyes" kompaniyası məlumat yayıb.

Ümummilli tətillərin Belçikanı, əsasən də beynəlxalq aviasiya və dəmiryol daşımalarını demək olar ki, tam iflic edəcəyi gözlənilir. Bu, sənayenin, dövlət müəssisələrinin, nəqliyyatın işinin tam dayandırılması ilə nəticələnəcək. Təhsil sahəsinin, həmçinin xilasedicilərin və polisin fəaliyyəti qismən dayanacaq.