Çində 5G texnologiyası ilə idarə olunan ilk liman fəaliyyətə başlayıb


Digərləri 13 Fev 2019 21:02:00 226 0

Çində 5G texnologiyası ilə idarə olunan ilk liman fəaliyyətə başlayıb

Çinin şərqində yerləşən Çindao şəhərindəki dəniz limanı dünyada ilkə imza atıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, limandakı yük kranlarının 5G şəbəkə texnologiyasının köməyi ilə uzaqdan idarə olunmasına başlanılıb. Bununla da Çindao dünyada 5G şəbəkə texnologiyasının köməyi ilə əməliyyat aparılan ilk liman statusunu qazanıb.

Əvvəllər fiber-optik kabel vasitəsilə həyata keçirilən həmin idarəetmə üçün siqnallar hazırda 5G şəbəkəsi sayəsində kabelsiz ötürülür. Fiber-optik kabellərlə siqnalların ötürülməsi quraşdırma, təmir və əməliyyat xərclərinin yüksək olması baxımından limana əlavə məsrəflər yaradırdı. Amma 5G texnologiyası ilə bu işlərin daha ucuz həyata keçirilməsi mümkündür.