Anasını və qardaşını evlə birgə yandırdı... - Bakıda dəhşətli olayın sonu


Digərləri 13 Fev 2019 21:03:54 170 0

Anasını və qardaşını evlə birgə yandırdı... - Bakıda dəhşətli olayın sonu

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və qardaşını yandırmaqda təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və qardaşını yandırmaqda təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı V.Kolosovun 19 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.