“Mossad”ın keçmiş rəhbərinin Səudiyyə Ərəbistanına məxfi səfər etdiyi ortaya çıxdı


Dünya 13 Fev 2019 20:30:00 243 0

“Mossad”ın keçmiş rəhbərinin Səudiyyə Ərəbistanına məxfi səfər etdiyi ortaya çıxdı

İsrailin "Mossad" olaraq tanınan xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Tamir Pardonun vəzifədə olduğu 2014-cü ildə məxfi olaraq Səudiyyə Ərəbistanına səfər etdiyi ortaya çıxıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə İsrailin 13-cü kanalı adını vermək istəməyən Qərb dilomatlarından birinə istinadən bildirib.

Səfər zamanı Tamir Pardo səudiyyəli rəsmilərlə İran və beynəlxalq qurumlar arasında başlayan nüvə danışıqları, habelə Barak Obama administrasiyasının İranla yaxınlaşmaq siyasətini müzakirə etdiyi söylənilir. Səudiyyə rəhbərliyi Tamir Pardoya İsraili İrana qarşı mübarizədə ən böyük dəstəkçi olaraq gördüklərini və bu səbəbdən ilk dəfə israilli yüksək rütbəli məmurla müzakirəyə getdiklərini açıqlayıblar.