Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlandı


Digərləri 13 Fev 2019 20:12:00 227 0

Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlandı

 Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıb.

Son.az report-a istinadən bildirir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov "Facebook" sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib. 

Onun sözlərinə görə, korrupsiya hər bir ölkədə olduğu kimi, Azərbaycanda da var: "Dövlət də bununla bağlı mütəmadi tədbirlər görür. Azərbaycanda korrupsiyanın daha çox yayıldığı sahə tikinti sahəsidir. Ən birincisi, bir mənzilin bir neçə nəfərə satılması hallarıdır. Ona görə də korrupsiya tikinti sahəsində daha çox müşahidə olunur. Biz çox qısa zamanda bunun qarşısını tamamilə alacağıq. Bundan sonra cəmiyyətdə tikinti şirkətlərinə inam artacaq. Bank sektorunda da korrupsiya daha çox müşahidə olunur".