Telman İsmayılov “Praqa”nı satışa çıxardı,


Dünya 13 Fev 2019 20:00:00 230 0

Telman İsmayılov “Praqa”nı satışa çıxardı,

Telman İsmayılovun Moskvada yerləşən "Praqa" restoranının dəyəri 1,78 milyon rubladək (təxminən 50 min AZN) ucuzlaşıb.

Son.az oxu.az-a istinadən xəbər veri ki, bununla bağlı İflas haqqında məlumatların vahid Federal Reyestrinin sənədlərində məlumat verilib.

Bildirilib ki, "Praqa-AST" Məhdud Məsuliyyətli Cəmiyyəti (Telman İsmayılovun rəhbərlik etdiyi) iflasa uğradığına görə "BM-Bankı"nda girov olan əmlakını satışa çıxarıb. Söhbət "Praqa" restoranından gedir.

Bundan öncə restoranın dəyəri 2,2 milyon rubl, daha sonra isə 1,98 milyon rubl göstərilmişdi. Ancaq heç kəs göstərilən məbləğlər qarşılığında əmlakı satın almaq istəməyib.