Dəniz Səki Səidə Dadaşovanı prokurorluğa verdi “Hüquqlarıma təcavüz edib”


Şou-biznes 13 Fev 2019 19:26:00 307 0

Dəniz Səki Səidə Dadaşovanı prokurorluğa verdi  “Hüquqlarıma təcavüz edib”

Türk müğənni Dəniz Səki "İki bilet" adlı mahnısını ondan icazəsiz oxuyan Səidə Dadaşovadan prokurorluğa şikayət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Dəniz şikayət ərizəsində Səidənin onun mahnısını icazəsiz oxuduğu üçün mənəvi hüquqlarına təcavüz etdiyini bildirib.

İstanbulun "Fikri Sinai Soruşturma Bürosu"nda cinayət işi qaldırılıb. Məlum olub ki, Səidə Dadaşova mahnını Azərbaycan televiziyasının efirində oxurub.