Gürcüstanda azərbaycanlı icra başçısının səlahiyyətlərinə sabah xitam verilə bilər


Dünya 13 Fev 2019 18:45:00 254 0

Gürcüstanda azərbaycanlı icra başçısının səlahiyyətlərinə sabah xitam verilə bilər

Gürcüstanın Marneuli rayon rəhbərliyi sabiq icra başçısı Teymur Abazovun vəzifəsindən istefası ilə bağlı ərizəsini qəbul edib.

Son.az report-a istinadən bildirir ki, sabah Marneuli Sakrebulosunun növbədənkənar iclasında ötən gün təqdim olunmuş sənəd nəzərdən keçiriləcək.

T.Abazovun istefa ərizəsinin təmin olunacağı təqdirdə, onun icra başçısı səlahiyyətlərinə xitam veriləcək. Proses fevral ayının 15-dək başa çatdırılsa, Marneuli rayonunda növbədənkənar mer seçkiləri təyin olunacaq. Seçkilərin bu ilin may ayında keçiriləcəyi gözlənilir.