Yeni Zelandiya gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb


Digərləri 13 Fev 2019 18:44:20 229 0

Yeni Zelandiya gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

Bakı. Sara İsrafilbəyova - Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb. Bunu Trend-ə yeni zelandiyalı gimnast Dilan Şmidt deyib. O, ilk dəfə Azərbaycanda olduğunu bildirib. Gimnast əlavə edib ki, məşqlər yaxşı davam edir: “Özümü yaxşı hiss edirəm. Zədəli olduğum üçün bir ildən çox yarışlarda iştirak etməmişəm. Ötən il mənim ciddi zədəm var idi. İndi mən əvvəlkindən daha az hündürlüyə tullanıram, amma ümid edirəm ki, hər şey yaxşı olacaq”. Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.