Bakıda "ASAN Xidmət" adı ilə dələduzluq edən dəstəyə hökm oxundu


Digərləri 13 Fev 2019 18:15:00 216 0

Bakıda "ASAN Xidmət" adı ilə dələduzluq edən dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşları "ASAN xidmət"də işə düzəltmək adı ilə dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zaidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə, N.Quliyev 5 il, Z.Məmmədov 4 il 6 ay, Y.Məmmədov 6 il azadlıqdan məhrum edilib. Ə.Zaidova isə 1 il müddətinə sınaq müddəti təyin edilməklə şərti cəza verilib.