Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib


Digərləri 13 Fev 2019 18:17:00 225 0

Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib

Son 3 il ərzində Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib.

Bakı. Son 3 il ərzində Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur. Son 3 il ərzində Sumqayıt şəhərində ümumilikdə 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənilib.