“Qırmızı” kitaba düşmüş quş və balıq ovu ilə məşğul olan brokonyerlər saxlanılıb (FOTO)


Digərləri 13 Fev 2019 17:41:09 212 0

“Qırmızı” kitaba düşmüş quş və balıq ovu ilə məşğul olan brokonyerlər saxlanılıb (FOTO)

Su Polisinin əməkdaşları adı “Qırmızı” kitaba düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan brokonyerlərə qarşı tərbir keçirib

Bakı. Su Polisinin əməkdaşları adı “Qırmızı” kitaba düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan brokonyerlərə qarşı tərbir keçirib Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan bir neçə brokonyer saxlanılıb. Keçirilən əməliyyat zamanı Saatlı rayon sakini Nizam Əliyev saxlanılıb. Qanunsuz balıq ovu ilə məşğul olan həmin şəxsdən 43 ədəd durna balığı, 24 ədəd daban balığı, 1 ədəd akkumlyator, 1 ədəd elektrik artırma cihazı (balıq ovlama ləvazimatı), 1 ədəd fonar, 1 ədəd rezin qayıq və digər əşyalar götürülərək Su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. N.Əliyev tutduğu əməldən peşiman olduğunu bildirib. Saxlanılan şəxslə aparılan profilaktiki söhbətlər zamanı ona balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.