30 dövlət əmlakına 36 sifariş qəbul edilib - HƏRRAC (FOTO)


Digərləri 13 Fev 2019 16:41:06 230 0

30 dövlət əmlakına 36 sifariş qəbul edilib - HƏRRAC (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Əmlak Xidmətləri Məkanında dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Əmlak Xidmətləri Məkanında dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, elektron hərrac fürsətlərindən istifadə edən 5 vətəndaş olduğu məkandan seçdiyi dövlət əmlakının sifarişçisinə çevrilib. Qeyd edək ki, budəfəki hərracda 30 dövlət əmlakına ümumilikdə 36 sifariş qəbul edilib. Hərracda özəlləşdirilən səhmdar cəmiyyəti Tərtər şəhəri, V.S.Həsənov küçəsində yerləşir. “Tərtər İxtisaslaşdırılmış Nəqliyyat”ın 44%-lik səhm paketini investor 6 min 251 manata özəlləşdirib. Ümumi faydalı sahəsi 13.1 kv.m ilə 726.3 kv.m arasında olan kiçik dövlət müəssisə və obyektləri paytaxtla bərabər digər şəhər və rayonlarda yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsindəki emalatxananın ümumi faydalı sahəsi 582.6 kv.m-dir. İştirakçı bu dövlət əmlakını torpaq sahəsi ilə birgə 38 min manata özəlləşdirib. “Şəkisutikinti” Törəmə Müəssisəsinin isə ümumi faydalı sahəsi 726.3 kv.m-dir. Şəki şəhəri, Oğuz şosesindəki obyekt 46 min 136 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Hərracda öz sahibini tapan digər kiçik dövlət müəssisələri isə paytaxtın Xəzər, Sabunçu və Nəsimi rayonlarında eləcə də, Qax, Lənkəran və Beyləqan rayonlarındakı ictimai iaşə və ticarət obyektləridir.