Dünyanın ən sürətli 7 yaşlı oğlanı rekord vurdu


Digərləri 13 Fev 2019 16:22:00 262 0

Dünyanın ən sürətli 7 yaşlı oğlanı rekord vurdu

"Blaze" ("Alov") ləqəbi ilə məşhur olan amerikalı Rudolf İnqremin 7 yaşı var. O, 100 metr məsafəni 13,48 saniyədə qət edib. 60 metr məsafədə də Rudolf rekord vuraraq 8,69 saniyəlik nəticəyət nail olub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, balaca Rudolfu mütəxəssislər dünyanın ən sürətli 7 yaşlı oğlanı hesab edirlər.

ABŞ-ın Florida ştatında yaşayan Rudolf Həvəskar Atletika İttifaqının (Amateur Athletic Union, AAU) üçqat çempionu, Amerika Futbol Liqasının (NFL) gənc ulduzudur.

Onun 4 yaşlı qardaşı da futbol və yüngül atletika ilə məşğul olmağa başlayıb.


Xəbərə aid fotolar