Hazard Sarrini bəyəndiyini deyib


İdman 13 Fev 2019 16:14:00 286 0

Hazard Sarrini bəyəndiyini deyib

Chelsea-nın yarımmüdaiəçisi Eden Hazard klubun baş məşqçisi Maurisio Sarridən çox şey öyrəndiyini deyib.

Goal.az xəbər verir ki, futbolçu çalışdırıcının futbol fəlsəfəsindən yararlandığını bildirib. “Karyerama Lille-də Klod Puelin rəhbərliyi altında başlamışam. İndi Sarridən öyrənirəm. Məşqçilərin hər birinin futbolla bağlı öz düşüncəsi var. Hərəsindən bir şey götürmüşəm. Onların tövsiyələri əlimdən tutub. Joze Mourinyo xüsusiliyi ilə seçilirdi. Sarrinin fəlsəfəsi mənə daha uyğundur”,- yarımmüdafiəçi bildirib.