Baş infeksionist: "Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur"


Digərləri 13 Fev 2019 16:10:00 314 0

Baş infeksionist: "Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur"

Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur. Hazırda bu viruslara yoluxanlar ölkə əhalisinin təxminən 2 faizini təşkil edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın baş infeksionisti Cəlal İsayev söyləyib.

O deyib ki, bu xəstəliklə mübarizə səhiyyə sisteminin qarşısında duran əsas istiqamətlərdən biridir. Bu xəstəliyin profilaktika və müalicəsi Azərbaycanda dövlət proqramına daxil edilib. Azərbaycanda hepatit B-yə qarşı mübarizə tədbirləri kifayət qədər yüksək səviyyədə aparılır. Bu növə qarşı peyvəndin aparılması xüsusi qeyd olunmalıdır. Peyvəndləmə anadan olan uşaqlar arasında aparılır və təqvim planına salınıb.

"Proses bütün uşaqları əhatə edir. Bunun nəticəsidir ki, ölkəmizdə hepatit B virusuna yoluxma halları kəskin azalıb. Hazırkı dövrdə hepatit B ilə xəstələnmə göstəricisi 30 il əvvəlkindən 24-25 dəfə aşağı düşüb. Bu da çox yaxşı nəticədir", - deyə, C.İsyaev vurğulayıb.