Sarkisyana həbs yolu göründü


Dünya 13 Fev 2019 15:54:00 228 0

Sarkisyana həbs yolu göründü

"Ermənistanın sabiq müdafiə naziri, Baş Qərargahın keçmiş rəhbəri Seyran Ohanyan Xüsusi İstintaq Xidmətində 2008-ci il 1 mart hadisələrinə görə eks-prezident Serj Sarkisyanla üzləşdirilib, lakin onu satmayıb".

Son.az qafqazinfo-ya istinadən xəbər verir  ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti Serk Sarkisyana yaxın mənbəyə istinadən yazıb.

Mənbə Sarkisyanın sonunda həbs oluna biləcəyini açıqlayıb: "Ohanyanın Sarkisyana qarşı ifadə verməsi haqda yayılan xəbərlər gerçək deyil. Bundan əlavə biz bilirik ki, Ohanyan istintaqda bunları deyib: "Sarkisyan mənim ali baş komandanım olub". Bir sözlə, Ohanyan özünü düzgün aparıb.

Hakimiyyət reytinqinin güclü şəkildə aşağı düşdüyünü görür və ona yeni şou lazımdır, şounu isə bu cür təmin edir".