BDU məzunları üçün müsabiqə elan etdi


Digərləri 13 Fev 2019 15:52:00 166 0

BDU məzunları üçün müsabiqə elan etdi

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə öz məzunları arasında “BDU xatirələrdə” adlı müsabiqə elan edir.

Bakı. Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə öz məzunları arasında “BDU xatirələrdə” adlı müsabiqə elan edir. Universitetdən Trend-ə verilən məlumata görə, ali məktəbi müxtəlif illərdə bitirmiş məzunlar təhsil müddətində baş vermiş ən maraqlı məqamları, universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.