Əli Əhmədov: "İnternetdə təhqirlərin qarşısını almaq üçün texniki və hüquqi tənzimləmə yolları tapılmalıdır"


Digərləri 13 Fev 2019 15:44:00 261 0

Əli Əhmədov: "İnternetdə təhqirlərin qarşısını almaq üçün texniki və hüquqi tənzimləmə yolları tapılmalıdır"

İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşündə deyib.

Ə.Əhmədov bildirib ki, əsas problem odur ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək imkanları da yoxdur: "İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır".