Salanın cəsədi Argentinaya aparılacaq


İdman 13 Fev 2019 15:13:00 238 0

Salanın cəsədi Argentinaya aparılacaq

Təyyarə qəzasında faciəvi şəkildə həlak olan Cardiff City-nin forvardı Emiliano Salanın cəsədi yaxın günlərdə vətəni Argentinaya aparılacaq.

Goal.az xəbər verir ki, cəsədin fevralın 15-də futbolçunun doğma şəhəri Proqresoya aparılacağı gözlənilir. Mərhum futbolçunun ailə üzvləri artıq buradadır.

Xatırladaq ki, Nantes klubundan Cardiff City-yə transfer olunan 28 yaşlı Salanın uçduğu şəxsi təyyarə yanvarın 21-də qəzaya uğrayıb. Axtarış qrupu futbolçunun cəsədini La-Manşdan tapıb. Pilotun axtarışı davam edir.