Baş prokuror Zakir Qaralov Salyanda vətəndaşları qəbul edəcək


Digərləri 13 Fev 2019 14:54:00 196 0

Baş prokuror Zakir Qaralov Salyanda vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov cari il fevralın 22-də saat 10:00-da Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il fevralın 22-də saat 10:00-da Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayon sakinlərinin qəbulunu keçirəcəkdir. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.