Neymar Barcelona-dan yardım istədi


İdman 13 Fev 2019 13:52:00 205 0

Neymar Barcelona-dan yardım istədi

PSG-nin hücumçusu Neymarın bərpa prosesi ləng gedir.

Goal.az Mundo Deportivo nəşrinə istinadən xəbər verir ki, braziliyalı kömək üçün Barcelona-nın tibbi personalına müraciət edib. Qalmaqallı transferə baxmayaraq, 27 yaşlı futbolçu sabiq klubu ilə sıx əlaqə saxlayır. Neymar 2013-2017-də formasını geydiyi Kataloniya təmsilçisinin güclü tibbi imkanları olduğunu yaxşı bilir. Məhz buna görə klubun həkimlərindən kömək istəyib. Barcelona-da Neymara cərrahi əməliyyat tövsiyə olunub. Lakin forvard hələlik razılaşmayıb.