"İnsanlar özləriözlərini xəstələndirir Təşvişə səbəb yoxdur"


Digərləri 13 Fev 2019 13:46:00 204 0

"İnsanlar özləriözlərini xəstələndirir  Təşvişə səbəb yoxdur"

Yoluxucu xəstəliklər, o cümlədən qrip hər zaman cəmiyyətdə geniş müzakirə mövzusu olub.  Çünki bu virusla milyonlarla insan xəstələnir və onlar arasında ölənlər də olur. Son dövrlər a/H1N1 virusunun dünyada yayılması, Azərbaycanda da aşkarlanması narahatlıqlara yol açıb.

Bəs ümumən Azərbaycanda epidemioloji vəziyyət necədir?

Son.az bildirir ki, Baş epidemioloq İbadulla Ağayevin medicina.az saytına müsahibəsində bu yöndə olan sualları cavablandırır:

- Ölkədə epidemioloji vəziyyət necədir? 

- Ölkədə epidemioloji vəziyyət sakit və sabitdir. Yoluxucu xəstəliklərin heç biri ölkəmizdə epidemioloji həddi aşmayıb. Ara-sıra müəyyən vaxt ərzində baş verən yoluxucu xəstəliklər təbiidir,  olmalıdır, illər boyu dünyada olub. O cümlədən Azərbaycanda da ayrı-ayrı hallarda, sporadik şəkildə yoluxucu xəstəliklərlə xəstələnmə halları olur. İndiki vaxtda KİV-də haqqında geniş danışılan və əhalini narahat edən əsas məsələlərdən biri qrip xəstəliyidir. Hər il dünyada milyonlarla insan qriplə xəstələnir. Təbiidir ki, bu xəstəliklərdən ölənlər var. Amma bu dəqiqə dünyanın heç bir ölkəsində qrip xəstəliyindən pandemiya yoxdur. O cümlədən Azərbaycanda da hər il olduğu səviyyədə qrip xəstəlikləri var. KİV-lərdən bir xahişim var ki, bunu şişirdib elə bir həddə çatdırmasınlar. Bəziləri yazır ki, guya, Azərbaycanda qrip xəstəliyi tüğyan edir. Xeyr, elə deyil. 

Xəstələnməyə səbəb yalnız və yalnız özləridir. Qrip mövsümi xəstəlikdir. İnsanlar ona görə xəstələnir ki, bu mövsümdə özlərini qorumurlar. Yəni üst geyimlərinə fikir vermədikləri üçün xəstələnmə halları da tez-tez baş verir. 

Bu, mövsümi xəstəlikdir, burada da risk qrupları olur. Təbii ki, uşaqlar, hamilə qadınlar, yaşlı insanlar qripə tez yoluxurlar. Bu insanları qorumaq üçün həm uşaqların valideynləri, 65 yaşından yuxarı insanlar da özlərini idarə etdikləri üçün özləri zəhmət çəkib, xəstələnməmələrinin qeydinə qalsınlar. Hamilə qadınlar təbii ki, hamiləlik dövründə bu infeksiyadan özlərini qorumalıdırlar. Əgər analıq məzuniyyətində evdədirlərsə, yaxud işləməyən hamilə qadınlarımız varsa, yaxşı olardı ki, evdə xəstə olduğu halda  özlərini təcrid etsinlər. Həmin insanlara qulluq edənlər də müxtəlif vasitələrdən istifadə etməklə onlara qulluq etsinlər.

Bir daha təkrar edirəm ki, respublikamızda tam sakitlik, sabitlikdir. Heç bir epidemik həddi aşan nəinki qrip, digər yoluxucu xəstəliklər də yoxdur.        

- Niyə ölkəmizdə də aşkarlanan H1N1 virusuna biz niyə "donuz qripi" demirik? 

- İstər "donuz qripi", istər "quş qripi", istər insan qripi olsun, hansı adı verirlərsə versinlər, bir törədicisi var. Bu da virusdur. Sadəcə, yerdən asılı olaraq, həmin "donuz qripi" deyilən qrip Meksikada, fermada donuzdan yoluxub və ona görə də belə adlandırılıb. Amma törədici H1N1 virusudur. Yaxud 1968-ci ildə İranda keçirilən parazitoloqların qurultayından bir müddət sonra həkimlər arasında xəstələnmə olub.  Aydınlaşdırılıb ki,Hon-Konqdan gələn 3 həkim yoluxmaya səbəb olub. Həmin vaxt da buna "Hon-Konq qripi" adı qoyublar. Yaxud "ispan qripi" var. Vaxtı ilə 20 milyondan artıq insan bu qripdən tələf olub. Bu qripə yoluxma ilk dəfə İspaniyada olduğu üçün  belə adlandırılıb.  Yəni törədici birdir - virusdur, vəssalam. 

Mən əhalidən də xahiş edərdim. O şey ki, laboratoriya şəraitində və müəyyən elmi-tədqiqatlarla araşdırılandan sonra ya tədris olunur, ya yayılır, bu, qeyri-ixtisas sahibləri üçün vacib deyil. Qeyri-ixtisas sahibləri bunu bilməlidirlər ki, xəstəlik var və xəstəliyin qarşısını almaq mümkündür. Şayiələrə inanmadan tibb müəssisələrinə müraciət etmək lazımdı.  Həkim təyinatından sonra da müalicəyə başlasınlar. 

Ona görə də heç bir təşvişə səbəb yoxdur ki, bu, "donuz qripi", "quş qripi", yaxud insan qripidir. Hamısında bir törədici var.

- "Donuz qripi"nin müalicəsi nə dərəcədə asan, nə dərəcədə çətindir? 

- Hər bir xəstəlikdə müalicə insanın özündən asılıdır. Qripdə də adından asılı olmayaraq, xəstəlik eyni şəkildə gedir. Amma müalicə həkim təyinatından sonra olmalıdır. Həkim təyinatı müalicəni asanlaşdırır. Kor-koranə aparılan müalicə xəstəliyi kəskinləşdirir. Ona görə də əhali apteklərə qaçmazdan əvvəl həkimin yanına getməlidir. Həkim təyinatından sonra gedib aptekdən müxtəlif dərmanlar alaraq qəbul etməlidir. Bu halda müalicə də asanlaşır. Müalicənin asan, çətin getməsi birmənalı olaraq  insanın gigiyenik qaydalara riayət etməsindən asılıdır.      - Son dövrlər H1N1 virusuna qarşı peyvəndlənmənin aparılmasının vacibliyi barədə fikirlər də  səslənir... 

- Xəstəlik epidemik həddi aşmadığı üçün əhalinin kütləvi peyvəndlənməsinə heç bir ehtiyac duyulmur. Əgər xəstəlik pandemiya, epidemiya halında büruzə verərsə, dövlətimiz bunun qarşısını almaq iqtidarındadır. Səhiyyə Nazirliyi lazımı səviyyədə əhalinin peyvəndini apara bilər. Lakin buna ehtiyac yoxdur.  Ümumiyyətlə, burada şişirtmə var. Niyə peyvəndlənmə aparılmır?! Bir şeyin olmadığı halda nə lüzum var ki, peyvəndlənmə həyata keçirilsin? Bir məqamı da qeyd etmək istəyirəm. Dərman vasitələrinin bir orqana xeyri varsa, digər orqana ziyanı var. Dərman o zaman qəbul edilir ki, sən buna məcbursan. Ehtiyac olmadığı halda sporadik 5-3 nəfərin, 100 min nəfərin içərisində 100 nəfərin, 1000 nəfərin qriplə xəstələnməsi adi bir haldır. İnsanlar zəhmət çəkib, özlərini gözləsinlər. Peyvəndləməyə ehtiyac yoxdur. 

- Mart ayında yuxarı yaş qrupları ilə əlaqədar qızılcaya qarşı vaksinlər gətiriləcək. Bu, nə dərəcədə vacib idi? 

- Səhiyyəmizdə həm sovet dövründə, həm də indi planlı peyvəndləmə olub. Planlı peyvəndlər xəstəxanada yeni dünyaya gəlmiş uşaqlardan başlayaraq müəyyən həddə qədər aparılır. Bu, Səhiyyə Nazirliyinin nəzarətindədir. Səhiyyə Nazirliyinin bütün tibb müəssisələri lazım olan peyvəndləri aparır. Bu, nəzarətdən kənarda qoyulmur. Əhali bunu bilməlidir. Biz gərək, gündə deyək ki filan doğum evində neçə uşaq dünyaya gəldi,  filan vaxtı filan poliklinikada mərhələlərlə hansı peyvəndlər aparıldı? Bunu sahə həkimləri, sahə həkimlərinin əhatə etdiyi ərazidə yaşayan əhali də çox gözəl bilir.       

- Bu baxımdan yuxarı yaş qrupu üçün qızılcaya qarşı peyvənd lazım idi? 

- Planlı peyvəndlər mütləq aparılır. Bunlar mütləq lazımdır. 

- Ümumiyyətlə, Azərbaycanda  gərgin epidemioloji vəziyyətlər nə zaman müşahidə edilib və belə hallara qarşı mübarizə necə aparılıb?