Qətlə yetirilən gəncin ailəsi daxili işlər naziri ilə görüşmək istəyir


Kriminal 13 Fev 2019 13:25:00 350 0

Qətlə yetirilən gəncin ailəsi daxili işlər naziri ilə görüşmək istəyir

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində qətlə yetirilmiş 19 yaşlı Radim Qurbanovun ailəsi ölkənin daxili işlər naziri Giorgi Qaxaria ilə görüş tələb edir.

Son.az report-a istinadən xəbər verir ki, azərbaycanlı ailə nazirə R.Qurbanovu qətlə yetirən Elbrus Süleymanovun ailəsinin Qaracalar kəndindən köçürülməsi ilə bağlı müraciət hazırlayıb.

Qurbanovlar ailəsi iddia edir ki, E.Süleymanovun saxlanılması kifayət deyil, belə ki, Süleymanovlar ailəsi kənddə yaşayır və bu da iki ailə arasında olan gərginliyi artırır.

R.Qurbanovun əmisi Ruslan Qurbanovun bildirdiyinə görə, onlar fevralın 5-də Süleymanovlar ailəsinin kənddən köçürülməsi tələbi ilə aksiya keçiriblər: "Lakin vəziyyət dəyişməz olaraq qalır. Biz imza toplayıb daxili işlər naziri Giorgi Qaxaria ilə görüş tələb edəcəyik. Biz naziri kənddə iki ailə arasında olan vəziyyət ilə tanış edəcəyik və Süleymanovların kənddən tezliklə köçürülməsini xahiş edəcəyik. Kənd əhalisinin əksəriyyəti də bizi dəstəkləyir".