Sulşer: "Parisdə nəyə qadir olduğumuzu göstərəcəyik"


İdman 13 Fev 2019 12:47:00 201 0

Sulşer: "Parisdə nəyə qadir olduğumuzu göstərəcəyik"

Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/8 finalının ilk matçında evdə PSG-yə məğlubiyyəti şərh edib.

Goal.az xəbər verir ki, “Old Traffold”da keçirilən matç qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatıb. Sulşer hələ hər şeyin bitmədiyini deyib: “Son vaxtlar bu səviyyədə matçlarda iştirak etməmişdik. Qarşıda işimiz çoxdur. Hər şey bitməyib. Məğlubiyyətdən nəticə çıxarmalıyıq. PSG matçı bizə reallığı göstərdi. Rəqib birinci qoldan sonra oyuna nəzarəti əlinə aldı. Poqbanın qovulması ədalətsiz oldu. Pol bədənilə topu özündə saxlamaq istəyirdi. Bəxti gətirmədi. Dani Alves özünü elə göstərdi ki, guya ona qarşı ciddi kobudluq olub. Əslində isə heç nə yox idi. Adi epizod idi. Zirvələr fəth etmək üçündür. Parisdə nəyə qadir olduğumuzu göstərəcəyik. İlk oyun bizim üçün sınaq oldu ”.

Qeyd edək ki, Manchester United Sulşerin rəhbərliyi altında ilk məğlubiyyətini alıb. Cavab qarşılaşması martın 6-da Parisin “Park de Prens” arenasında keçiriləcək.