35 dövlət və hökumət başçısı, 80 nazir iştirak edəcək


Dünya 13 Fev 2019 12:34:00 188 0

35 dövlət və hökumət başçısı, 80 nazir iştirak edəcək

Münhen Təhlükəsizlik Konfransı fevralın 15-dən 17-dək keçiriləcək.

Son.az report-a istinadən xəbər verir ki, bu il Münhen Forumunda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər, o cümlədən 35 dövlət və hökumət başçısı, 80 müdafiə və xarici işlər naziri iştirak edəcək.

Forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd edib ki, bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq, builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük konfrans olacaq.

Konfransda iştirakdan imtina edənlər arasında Fransa Prezidenti Emmanuel Makron və İsrail Baş naziri Binyamin Netanyahu kimi şəxslər var. Eyni zamanda, Netanyahu ABŞ və Polşa tərəfindən təşkil edilən Yaxın Şərq Təhlükəsizlik Konfransına qatılacaq. Bu konfrans fevralın 13-14-də Varşavada keçiriləcək.