Katolik keşişlərin 80 faizi "mavi"dir Vatikanla bağlı


Dünya 13 Fev 2019 12:21:00 225 0

Katolik keşişlərin 80 faizi "mavi"dir  Vatikanla bağlı

"Artıq etiraf etmək zamanı çatıb. Vatikandakı katolik ierarxların, ümumiyyətlə, dünyadakı katolik keşişlərin 80 faizi aktiv homoseksuallardır. Onların arasında "kişi fahişə"lərdən istifadə edənlərin sayı da çoxdur".

Fransanın tanınmış sosioloqlarından biri, "mavi" olduğunu etiraf etmiş Frederik Martel "Vatikanın dolabında: hakimiyyət, homoseksualizm, hipokratiya" (In the Closet of the Vatican: Power, Homosexuality, Hypocrisy) belə yazıb. ABŞ-dakı "Bloomsbury" nəşriyyatında çap edilmiş 570 səhifəlik kitab fevralın 21-də satışa çıxarılacaq.

Martel kitabında Roma Papası 1-ci Fransiski qətiyyətli və cəsur lider kimi təqdim edir: "Məhz o, katolik kilsəsinin indiyədək qapalı saxlanan dolabını açdı və bütün gizlinləri ortaya çıxardı. Fevralın 21-də dünyanın 140 ölkəsinin katolik liderləri Vatikanda bir araya gələrək katolik kilsəsindəki seksual zorakılıqları və təcavüzləri müzakirə edəcəklər".

Müəllif hesab edir ki, katolik kilsəsi homoseksualizmi etiraf etməli, sıralarına "mavi" keşişləri qəbul etməli və qeyri-ənənəvi cinsi yönümlü keşişlərin bunu etiraf etmələrinə şərait yaratmalıdır.

Arxiyepiskop Karlo Mariya Viqano da Vatikanın və ümumiyyətlə, katolik kilsəsinin homoseksuallardan ibarət genişmiqyaslı şəbəkəyə çevrildiyini bəyan etmişdi.

O, ötən ilin oktyabrında yaydığı açıq məktubunda yazmışdı: "Katolik keşişlər tərəfindən təcavüzə məruz qalanların sayının belə çox olmasının əsas səbəblərindən biri kilsəmizdə homoseksualizmin dağıdıcı təsirinin güclənməsi, Vatikandakı ierarxiyada belə "mavi"lərin sayının artmasıdır. Homoseksualizm keşişlər arasında vəba kimi yayılır. Bu bəlanı yalnız mənəviyyatla müalicə etmək olar. Katolik kilsəsində homoseksualizmin yayıldığını etiraf etmədən zorakılığı pisləmək və təcavüz qurbanlarını "şəfqətlə anmaq" əsl riyakarlıqdır".


Xəbərə aid fotolar