Nazir müavini: "Azərbaycanda şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir"


Digərləri 13 Fev 2019 12:25:00 227 0

Nazir müavini: "Azərbaycanda şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir"

"Azərbaycanda şirkətlər əksər vaxtlarda benefisiarların adını açıqlamaq istəmir, amma zaman keçdikcə bu cür problemlər olmayacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və "Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək" layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclasda deyib.

O bildirib ki, benefisiarlar barədə məlumatın açıqlanması çox vacibdir: