Tüxel komandasından razılıq etdi


İdman 13 Fev 2019 12:28:00 247 0

Tüxel komandasından razılıq etdi

PSG-nin baş məşqçisi Tomas Tüxel ÇL-nin 1/8 finalında Manchester United üzərində qələbədən (2:0) danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı nəticədən razı qalığını deyib. “Oyuna daha çox biz nəzarət etdik. Müdafiədə və hücumda diqqətli idik. Aqressiv oynadıq, amma sakitliyi də gözlədik. Birinci yarıda tez-tez topu itirirdik. İkinci yarıda isə tam fərqli oynadıq. Qələbəyə layiq oyun sərgilədik. Fasilədən sonra fubolçularım qarşıya qoyulan tapşırığa tam əməl etdi. Sürətli oynayanda istədiyin alınır. Mbappedən razı qaldım. Birinci yarıda əziyyət çəkdi. Drakslerlə əla tondem yarada bildi. Kilian ikinci dəfə fərqlənməyə yaxın idi. Cavab qarşılaşmasında eyni əzmkarlıq sərgiləmək vacibdir. Əks halda, problem yaşaya bilərik”,- məşqçi deyib.