Kamal Abdullanın işdən çıxardığı qadın dekanın vəzifəsini bu şəxs icra edəcək


Digərləri 13 Fev 2019 12:14:00 220 0

Kamal Abdullanın işdən çıxardığı qadın dekanın vəzifəsini bu şəxs icra edəcək

Аzərbаycаn Dillər Univеrsitеtinin (ADU) Filologiya və jurnalistika fakültəsinin dekan vəzifəsini filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova icra edir.

Son.az bildirir ki, bunu Report-a açıqlamasında ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli deyib. 

O, bildirib ki, dekan vəzifəsinin müvəqqəti icrası Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifovaya həvalə olunub.

Xatırladaq ki, fakültənin dekanı Vüsalə Ağabəyli bir neçə gün bundan öncə işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub.

Həmçinin, universitetin elan etdiyi müsabiqədə ümumilikdə 15 vakant yer çıxarılıb. Həmin vakansiyalar aşağıdakılardır:

1. Filologiya və jurnalistika fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası - dosent, 2 ştat baş müəllim, 1 ştat

2. Təhsil fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı - 1 kafedrası baş müəllim, 0,5 ştat

3. Təhsil fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası kafedrası - baş müəllim, 1 ştat

4. Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər kafedrası - dosent, 1,75 ştat, baş müəllim, 2 ştat

5. Tərcümə və mədəniyyətşünaslıq fakültəsi nəzdində xarici dillər kafedrası - dosent, 1 ştat, baş müəllim, 0,75 ştat

6. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində xarici dillər kafedrası - baş müəllim, 0,5 ştat