Bakıda kafedə kütləvi dava


Digərləri 13 Fev 2019 11:33:00 183 0

Bakıda kafedə kütləvi dava

Bu gecə paytaxtın Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, "İstixana kombinatı" adlanan ərazidə bıçaqlanma hadisəsi olub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə həmin ərazidə yerləşən "Cənub" kafesində baş verib.

Şahidlərin dediyinə görə, əvvəl kütləvi dava olub. Mübahisə zamanı 1988-ci il təvəllüdlü Məmmədov Mübariz Novruz oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı M.Məmmədovun anasının dediyinə görə, oğlu kafedə olduğu zaman tanımadığı şəxs tərəfindən təhqir olunub. M.Məmmədov dəfələrlə həmin şəxsə etirazını bildirib.

Mübahisə böyüyüb və tanımadığı şəxs qəflətən arxadan Mübariz Məmmədovun baş nahiyəsinə zərbələr endirib, daha sonra bıçaqlayıb. M.Məmmədov əvvəl bıçaqlandığı kafeyə yaxın olan ev 38, mənzil 7-də yerləşən evinə gətirilib.

Vəziyyəti ağır olduğundan yaralı, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılıb. M.Məmmədova sağ döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Təcili əməliyyata alınıb. Hazırda vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərə aid fotolar