Problemli kreditlərin ödənilməsi ilə bağlı maraqlı təklif var


Digərləri 13 Fev 2019 11:37:00 196 0

Problemli kreditlərin ödənilməsi ilə bağlı maraqlı təklif var

"Hazırda banklarda rəsmi qeydiyyata alınan problemli kreditlərin məbləği 1 milyard 585 milyon manatdır. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 12 faizdən çoxdur. Monitorinqlər göstərir ki, ödənilməyən kreditlərin bir qismi hələ də banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmilləşdirilmir. Təhlillərə görə isə, xarici valyutada olan kreditlərin ödənilməsi ilə bağlı çətinliklər daha çoxdur. Bu isə 2015-ci ildə manatın xarici valyutalara qarşı dəyərsizləşməsi ilə bağlıdır. Nəticədə, bu, dollarda olan kreditlərin manat ifadəsində bahalaşmasına və aylıq ödəniş məbləğlərinin, yumşaq desək, şışməsinə səbəb oldu. Əksər kredit götürənlərin gəlirləri milli valyuta ilə olduğundan kredit ödənişlərində əksər hallarda obyektiv səbəblərdən yubanmalar müşahidə olunmağa başladı".

Son.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Problemli kreditlərin həcmi artır - Bəzilərinin qayıtmasına ümid yoxdur Mərkəzin rəhbəri qeyd edib ki, əvvəllər də təklif etdikləri kimi, problemli kreditlərin həlli ilə bağlı vahid proqramın qəbul olunmasına ehtiyac var: "Qeyd edək ki, ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq həmin proqram çərçivəsində 450 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub.