Şahmar Mövsümov: Azərbaycanda hasilat sahəsində şəffaflığın təmin olunması vacibdir


Digərləri 13 Fev 2019 11:30:12 167 0

Şahmar Mövsümov: Azərbaycanda hasilat sahəsində şəffaflığın təmin olunması vacibdir

Azərbaycanda hasilat sahəsində şəffaflığın təmin olunması çox vacibdir

Bakı. Sara İsrafilbəyova - Azərbaycanda hasilat sahəsində şəffaflığın təmin olunması çox vacibdir. Trend-in məlumatına görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclasda deyib. O bildirib ki, benefisiarlar, şirkətlərə və hüquqi şəxslərə nəzarət edən şəxslər barədə məlumatların açıqlanması qanunsuz pul dövriyyəsi, kölgə iqtisadiyyatının qarşısını alacaq.