Məşhur narkobarona hökm oxundu


Digərləri 13 Fev 2019 11:19:00 224 0

Məşhur narkobarona hökm oxundu

Dünyanın ən qəddar, zəngin və məşhur narkobaronlarından olan Xoakin Qusman Loeranın məhkəmə prosesinin əsas mərhələsi başa çatıb.

Son.az The Hill-ə istinadən bildirir ki, "El Çapo" ("Tösmərək") ləqəbi ilə tanınan 61 yaşlı meksikalı narkobaron "Sinaloa" narkokartelinin banisi və rəhbəri idi.

Nyu-York məhkəməsində andlılar kollegiyası 50-dən artıq şahidin ifadələrini dinləyəndən və sənədlərlə tanış olandan sonra hökm veriblər.

O, narkoticarətdə və cinayətkar sövdələşmələrdə suçlanıb.

İstintaq zamanı sübut olunub ki, "El Çapo"nun rəhbərliyi ilə "Sinaloa" narkokarteli Meksika-ABŞ sərhədindəki yeraltı tunellər vasitəsilə ABŞ ərazisinə narkotik maddələr keçirib. Eyni zamanda, narkotik maddələr yanacaq daşıyan avtomobillərdə də keçirilib.

İllər uzunu dünyada ən çox axtarılan cinayətkarlardan olmuş "El Çapo"nun narkokarteli Meksikadan ABŞ-a olan narkotrafikin 25 faizinə nəzarət edirdi. O, 25 il ərzində ABŞ-a 155 ton kokain, matmfyetamin və marixuana keçirib.

"El Çapo" Meksikadakı həbsxanalardan iki dəfə qaçıb. 1993-cü ildə həbs olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilmiş narkobaron 2001-ci ildə camaşır zənbilində gizlənərək həbsxanadan qaçmışdı.