Bakı Ali Neft Məktəbində “PMI Azərbaycan Sammiti 2019” keçiriləcək


Digərləri 13 Fev 2019 11:05:00 264 0

Bakı Ali Neft Məktəbində “PMI Azərbaycan Sammiti 2019” keçiriləcək

Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin idarə olunması İnstitutunun (Project Management İnstitution - PMI) dəstəyilə PMI Azərbaycan Nümayəndəliyi tərəfindən "PMI Azərbaycan Sammiti" keçiriləcək. Sammitdə PMI Azərbaycanın fəaliyyət istiqamətləri, layihələri, dövlət və özəl sektorda Layihə idarəetməsində müasir metodların tətbiqi və perspektivləri mövzuları müzakirə olunacaq.

Azərbaycan rəsmi olaraq 4 may 2018-ci ildə Berlində PMI ilə imzalanmış müqaviləyə əsasən  "PMI Azerbaijan Potential Chapter" statusunu əldə etmişdir. 

Qeyd edək ki, Layihələrin idarə olunması İnstitutu (PMİ) 1969-cu ildə təsis edilmişdir. PMI layihələrin idarə edilməsinə aid məşhur "The Guide to the PMBOK (Project Management Body of Knowledge)" standartını işləyib hazırlamış və aktiv şəkildə tətbiq etməkdədir. PMI təxminən 4 ildə bir dəfə olmaqla öz PMBOK standartını yeniləyir.