Özünü qarajda asan tənha kişinin məktubunda yazdıqları


Dünya 13 Fev 2019 09:42:00 201 0

Özünü qarajda asan tənha kişinin məktubunda yazdıqları

Türkiyənin Zonquldaq ərazisində yaşayan 85 yaşlı kişi, evinin qarajında özünü elektrik naqili ilə asaraq intihar edib. 

Son.az İHA-ya istinadən xəbər verir ki, ölümündən qabaq məktub yazan kişinin cəsədi qonşuları tərəfindən aşkar edilib.

Hadisə səhər saatlarında baş verib. Yalnız yaşayan A.O.-nun qaraj qapısının açıq olduğunu görən qonşuları, içəriyə daxil olanda yaşlı kişinin cansız bədəni ilə qarşılaşıblar. Polislər ilkin baxış zamanı tapdıqları məktubda "Haqqınızı halal edin, kəfən pulum hazırdır. Sizlərə haqqım halal olsun" yazdığı məlum olub.