İnstitut: “Quşçu” vulkanının püskürməsi gözlənilən idi


Digərləri 13 Fev 2019 09:29:00 205 0

İnstitut: “Quşçu” vulkanının püskürməsi gözlənilən idi

"Şamaxıda Quşçu kəndi yaxınlığında "Quşçu" vulkanının püskürməsi gözlənilən idi".

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.