Avropa ölkələrində hər il viruslu hepatitlərdən 170 min insan həyatını itirir


Dünya 13 Fev 2019 08:52:00 229 0

Avropa ölkələrində hər il viruslu hepatitlərdən 170 min insan həyatını itirir

Gürcüstanda Dünya Səhiyyə Təşkilatının (DST) himayədarlığı ilə ictimai səhiyyə sahəsində ciddi təhlükə olan viruslu hepatitlərlə mübarizəyə həsr edilmiş ilk regional görüş başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın Avropa bürosunun üzv ölkələrində hər il viruslu hepatitlərdən 170 min insan həyatını itirir.

Bu tendensiyanın qarşısını almaq məqsədilə DST-nin himayədarlığı ilə 2021-ci ilədək olan dövrdə regionda viruslu hepatitlərə qarşı mübarizə üzrə fəaliyyət planı işlənib hazırlanıb. Təşkilatın fevralın 11-dən 13-dək keçirilən Tbilisi görüşünün iştirakçıları bu planın icrası istiqamətində əsas nailiyyətləri və çətinlikləri müzakirə edəcəklər. Onlar epidemioloji nəzarət və profilaktika, testləşdirilmə, laborator potensialının möhkəmləndirilməsi, diaqnostika və müalicədən istifadənin yaxşılaşdırılması məsələlərini gözdən keçirəcəklər.