Koreya Respublikasında hərf muzeyi yaradılacaq


Digərləri 13 Fev 2019 08:59:00 271 0

Koreya Respublikasında hərf muzeyi yaradılacaq

Koreya Respublikasının İnçon şəhərində müxtəlif xalqların dillərinə aid hərfləri toplamaq, nümayiş etdirmək və araşdırmaq məqsədilə xüsusi muzey yaradılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, paytaxt Seulun qərbində yerləşən və ölkənin ən böyük hava limanının olduğu İnçon şəhərindəki hərf muzeyinin inşasına iyul ayında başlanılacaq.

Şəhər bələdiyyəsinin məlumatına əsasən, 2021-ci ildə hazır olacaq üçmərtəbəli muzeyin ümumi sahəsi 19 min kvadratmetrdən çox olacaq. Muzey ən qədim vaxtlardan günümüzədək hərflərlə bağlı maddi və qeyri-maddi nümunələri toplayaraq, onların akademik araşdırmasına dəstək vermək və həmin nümunələrin nümayişinin təşkili ilə məşğul olacaq.


Xəbərə aid fotolar