Pentaqon Rusiya və Çinin Amerika peyklərini təhdid edə biləcəyini iddia edir
Dünya 13 Fev 2019 08:25:00 214 0
Pentaqon "Kosmosda təhlükəsizlik problemləri" adlı hesabat dərc edib. Hesabat kosmosda Amerika mövqelərinin təhlükəsizliyi məsələlərinə və digər dövlətlər tərəfindən ehtimal olunan təhdidlərə həsr edilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hərbi Kəşfiyyat Agentliyi tərəfindən hazırlanan və Rusiya, Çin, İran və Şimali Koreyanın kosmik imkanlarının təhlil edildiyi hesabatda Amerika peyklərinə təhlükə yaratmaq məqsədilə Çin və Rusiyanın öz texnoloji imkanlarını genişləndirdiyi qeyd olunur. Hesabatın müəllifləri belə qənaətdədirlər ki, ABŞ peykləri kosmosda Amerikanın mövqeyini zəiflətmək məqsədilə xarici lazerlər vasitəsilə məhv edilə bilər.
Mənbə: milli.az