Arzu Rəhimov: "1997ci ilin avqustunadək həlak olan hərbi qulluqçuların siyahıları ƏƏSMNə təqdim olunub"


Digərləri 13 Fev 2019 07:48:00 218 0

Arzu Rəhimov: "1997ci ilin avqustunadək həlak olan hərbi qulluqçuların siyahıları ƏƏSMNə təqdim olunub"

"Keçən il prezident seçkilərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev daha bir humanist addım ataraq respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2018-ci il tarixli fərman imzaladı. Sənədin icrası ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2 avqust 1997-ci il tarixədək həlak olan hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahıları hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub və bu istiqamətdə işlər davam etdirilir".

Son.az report-a istinadən bildirir ki, bu fikirləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov deyib.