Dağlıq Qarabağda erməni əsgəri ölüb


Digərləri 13 Fev 2019 08:04:00 221 0

Dağlıq Qarabağda erməni əsgəri ölüb

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində erməni əsgəri ölüb.

Son.az bildirir ki, bu barədə "report" erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə dünən baş verib. 2000-ci il təvəllüdlü Frunzik Tamazyan saat 18:00 radələrində qara ciyər çatışmazlığı və ürək dayanması diaqnozu ilə hərbi hospitala çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, saat 20:30-da hospitalda ölüb.